Google Scholar müxtəlif növ tədqiqat materialları da daxil olmaqla, geniş spektrli elmi nəşrləri indeksləşdirən ən əhəmiyyətli elmmetriya platformalarından biridir. Bundan əlavə, platforma tədqiqatçıların elmi fəaliyyəti və nailiyyətləri haqqında ətraflı məlumat təqdim edir, həmçinin onların nəşriyyat fəallığı və sitat gətirilmə göstəricilərini izləməyə imkan verir.
Google Scholar-dakı yüksək elmmetriya göstəriciləri tədqiqatçının elmi nüfuzunun formalaşmasında mühüm rol oynayır, onun akademik tanınmasını artırır və peşəkar inkişafına töhfə verir. Bununla belə, bir çox alim öz profilinin yaradılması və aparılması zamanı onun tərtibatı və tənzimlənməsinin texniki xüsusiyyətləri ilə bağlı çətinliklərlə üzləşir.